19 sentyabr 2014 00:10

Topaz Premyer Liqasında 6-cı tur həyəcanı

Həftəsonu Topaz Premyer Liqasında 6-cı turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, 3 gün davam edəcək turun 2 oyunu Bakıda, 3 qarşılaşması paytaxtdan kənarda reallaşacaq.

Tura bu gün keçiriləcək “İnter” - “Bakı” matçı ilə start veriləcək. 39-cu paytaxt derbisi öncəsi “İnter” üstünlüyə malikdi. Bu komanda geridə qalan 38 oyundan 16-da qələbə qazanıb. Daha 9 görüş sülhlə bitdiyi halda, "zolaqlılar" 13 dəfə 3 xala sevinib. Paytaxtın eyniadlı təmsilçisi son 10 qarşılaşmada qalib gələ bilməyib. Amma “İnter”in meydanındakı son iki oyunda bərabərlik qeydə alınıb. Top fərqi də "bankirlər"in xeyrinədi - 35:31. Bu dəfəki paytaxt derbisi əvvəlkilər qədər prinsipial əhəmiyyət daşımayacaq. Çünki "Bakı" bu mövsüm əvvəlki əzəmətindən çox uzaqdı, komanda maliyyə problemlərindən əziyyət çəkir, gənclərin ümidinə qalıb. "Bankirlər" isə yeni mövsümə çox uğurlu start verib və bu görüşün də əsas favoritidi.

Şənbə günü iki görüş baş tutacaq. “Xəzər Lənkəran” öz meydanında “Araz Naxçıvan”la qarşılacaq. Qeyd edək ki, bu komandalar Premyer Liqada indiyə qədər görüşməyiblər. Əsgər Abdullayevli Naxçıvan təmsilçisi mövsümə "Neftçi" üzərində qələbə ilə başlasa da, sonradan məğlubiyyətləri sıralamaqdadı. Cənub təmsilçisi də qeyri-sabit qrafik cızmaqdadı. Son turda əzəli rəqibi "Neftçi"yə də uduzan "ağ-yaşıllar" azarkeşləri qarşısında bəraət qazanmaq üçün doğma meydanda naxçıvanlılara qalib gəlməyə borcludular.

“Sumqayıt” AZAL-la üz-üzə gələcək. Çempionatın lideri ilə əvvəlki oyunlarda üstünlük AZAL-ın tərəfindədi. Bu komanda geridə qalan 12 oyunda 4 qələbə qazanıb. 5 qarşılaşma sülhlə bitərkən, qalan 3 oyunda da "Sumqayıt" qələbəyə sevinən tərəf olub. Lakin bakılılar son 3 görüşdə qalib gələ bilməyib. Paytaxt təmsilçisi son 8 qarşılaşmadan yalnız birində qol vura bilməyib. Top fərqində AZAL üstündü - 18:14. Qeyri-sabit çıxışı ilə seçilən Tərlan Əhmədovun komandasından fərqli, Aqil Məmmədovlu "Sumqayıt" yeni mövsümə çox uğurlu başlayıb. İstisna deyil ki, sumqayıtlılar bu oyunda da növbəti 3 xala sahib çıxsınlar.

Tura bazar günü keçiriləcək 2 oyunla yekun vurulacaq. Son çempion “Qarabağ” “Simurq”la qarşılaşacaq. Zaqatala təmsilçisi “Qarabağ” üçün ən çətin rəqiblərdən biri sayılır. Əvvəlki 20 oyunda minimal üstünlüyə malik “Simurq” son 6 oyunda da məğlub olmayıb. Ağdamlılar bu müddətdə qol da vura bilməyib. Qurban Qurbanovun komandası geridə qalan görüşlərdə sadəcə, 5 qələbə qazanıbsa, zaqatalalılar 6 dəfə belə uğura imza atıblar. 9 qarşılaşmada isə heç-heçə qeydə alınıb. Top fərqində isə "Qarabağ" öndədi - 15:12.

Turun mərkəzi oyununda isə “Qəbələ” ilə “Neftçi” üz-üzə gələcək. 25-ci dəfə görüşəcək rəqiblərin əvvəlki duellərinin yarısında “Neftçi” qalib gəlib - 12 qələbə. 5 oyunda sülh qeydə alınarkən, 7 qarşılaşmada da qəbələlilər qələbəni bayram ediblər. Ötən mövsümün 4 matçı eyni - 2:1 hesabı ilə nəticələnib. Top fərqində bakılıların böyük üstünlüyü var - 35:23. Son turda vacib qələbə qazanmış komandaların budəfəki duelində hansının büdrəyəcəyi maraqla gözlənilir.

Topaz Premyer Liqası
6-cı tur

19 sentyabr

19:00. İnter - Bakı
Hakimlər: Rauf Cabbarov, İsgəndər Əliyev, Akif Əmirəli, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Nüvər Xasıyev.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Bakı. “İnter Arena”.

20 sentyabr

17:00. Sumqayıt - AZAL
Hakimlər: Ömər Paşayev, Munis Abdullayev, Coşqun Həsənov, Nail Nağıyev.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Murad Məmmədov.
“Kapital Bank Arena”, süni örtüklü meydança.

19:00. Xəzər Lənkəran - Araz Naxçıvan
Hakimlər: Ramil Diniyev, Elşən Acalov, Cavanşir Yusifov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Fazil Mürşüdov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.

21 sentyabr

18:00. Qəbələ - Neftçi
Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Rahil Ramazanov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Şahin Cəfərov.
Qəbələ şəhər stadionu.

20:00. Qarabağ - Simurq
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Bombardirlər:
4
- Mikel Alvaro (İnter)
3 - Məhəmməd Qurbanov (Sumqayıt), Rəşad Eyyubov (Simurq).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.