18 sentyabr 2014 23:55

Qurban Qurbanov: Heç-heçəni şişirtmək lazım deyil

Azərbaycan çempionu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransa "Sent-Etyen"inə qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan qarşılaşmanı belə şərh edib:

- Bu oyunda qol çatmadı. Uşaqlar sonadək mübarizə apardılar. Daha çox müdafiənin oyunundan razı qaldım. Təcrübəli və intizamlı komandaya qarşı oynadıq. Azarkeşlərimizi daha çox sevindirmək istəyirdik. İlk xalımızı qazandıq. Xeyli təcrübə qazandıq. Qarşıda daha beş oyun var. Hər bir oyunçuma, azarkeşlərə təşəkkür edirəm Belə azarkeşləri görəndə bir daha əmin olursan ki, biz necə də güclü millətik. Xüsusilə də tribunada açılan bayrağı qeyd etmək istərdim.

- Rəqib həmkarınız iddia edir ki, onun komandası tez-tez hücum edirdi. Razısız?
- Xeyr, biz hücumda daha çox vaxt keçirdik. Mənə elə gəlir.

- Bir xaldan razı qaldız?
- Qazanılan hər bir xal bizim xeyrimizədi. Oyundan öncə bildirmişdim ki, məni daha çox sərgiləyəcəyimiz futbol maraqlandırır. Yaxşı oyun olanda xal və xallar da olur. Əsas uduzmamaqdı, daha sonra isə qələbə barədə düşünmək olar. Bu nəticəni çox da böyütmək lazım deyil.

- Müdafiədən razı qaldığınızı desəz də, bir neçə kobud səhv diqqət çəkdi. Düşünmürsüz ki, daha ciddi rəqiblər sizi belə səhvlərə görə cəzalandıra bilər?
- Sizin bu komandanı nə dərəcədə qeyri-ciddi hesab etdiyinizi bilmirəm. Amma mən eyni fikirdə deyiləm. Belə səhvlər, top itkiləri hər oyunda olur. Rəşad Sadıqova gəlincə, düzdü, onun oyununda geriləmə var. Amma bunu aradan qaldırmağa çalışır.

- Bu oyundan sonra pley-offa çıxmaq şansımız nə dərəcədə yüksəkdi?
- Bizim qrupda neçənci yeri tutacağımızı indidən deyə bilmərəm. Buna addım-addım nail ola bilərik.

- Çumbinyonun zədəsi nə dərəcədə ciddidi? Onu əvəzləyən Vüqar Nadirovdan razı qaldız?
- Bəli, razıyam. Onda böyük istək vardı. Meydanda çalışdı. Baxmayaraq ki, ondan daha çox şey gözləyirdim. Rəqib müdafiəsi bu gün çox güclü idi. Çumbinyonun zədəsinə gəlincə, ciddidi. Nə dərəcədə ciddi olduğuna isə tam olaraq, sabah aydınlıq gələcək. Muarem Muaremdə isə hər şey qaydasındadı.

- Maksim Medvedev dedi ki, biz bu gün iki xal itirdik...
- Maksimi alqışlayıram. Daha çox xal qazanmağa çalışmaq lazımdı.

- Belə oyundan sonra "Simurq"a qarşı mübarizə aparmaq çətin olmayacaq?
- Bizim üçün hər iki turnir önəmlidi. Gələn mövsümdə də avrokuboklarda oynamaq istəyiriksə, Premyer Liqada uğur qazanmağa borcluyuq. "Simurq" ciddi komandadı. Təsadüfi deyil ki, ötən mövsüm biz onlara qalib gələ bilməmişdik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.