18 sentyabr 2014 15:15
Xəzər Lənkəran hazırlığını davam etdirir
Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində “Araz Naxçıvan”ı qəbul edəcək "Xəzər Lənkəran" hazırlığını Lənkəranda davam etdirir. Azerisport.az xəbər verir ki, Lənkərandakı bazasında iki gündü ki, məşqlərini bərpa edən “Xəzər Lənkəran” bu gün axşam hazırlığından sonra sabah oyunöncəsi məşqini də tamamlayıb matç saatını gözləyəcək.
Xatırladaq ki, “Xəzər Lənkəran” - “Araz Naxçıvan” matçı sentyabr ayının 20-də saat 19.00-da start götürəcək. (klub saytı)
