18 sentyabr 2014 13:20

Azərbaycan millisindən 22 pilləlik geriləmə

Futbol üzrə Azərbaycan yığması FİFA-nın reytinq cədvəlində tarixinin ən yüksək göstəricisi olan 73-cü pillə ilə vidalaşıb. Azerisport.az xəbər verir ki, sentyabr ayı üçün açıqlanan reytinq cədvəlində millimiz 22 pillə geriləmək məcburiyyətində qalıb.

Rusiya ilə yoxlama, Bolqarıstanla seçmə mərhələ oyunlarındakı məğlubiyyətlər komandamızın hazırda 95-ci pillədə qərarlaşmasına səbəb olub. Ötən ayla müqayisədə reytinq xalından da 69 xal çıxılan millimizin hesabında hazırda 344 xal var.

Millimiz reytinq cədvəlində AÇ-2016-nn təsnifat mərhələsinin “H” qrupundakı rəqiblərindən yalnız Maltanı qabaqlayır: İtaliya 13-cü (1068 xal), Xorvatiya 19-cu (928 xal), Bolqarıstan 46-cı (570 xal), Norveç 76-cı (421 xal), Malta 155-ci (133 xal) pillədə qərarlaşıb.

Keçmiş Sovet İttifaqı ölkələrindən reytinq cədvəlində ən yüksək pilləni Rusiya tutur: 23-cü pillə, 875 xal. Ukrayna isə 24-cü (855 xal) pillədə qərarlaşıb. Ermənistan 52-ci (556 xal), Özbəkistan 58-ci (530 xal), Estoniya 81-ci (403 xal), Belarus 89-cu (364 xal) sırada yer alıb və millimizi qabaqlayırlar. Latviya (99; 333), Litva (103; 309), Moldova (105; 302), Gürcüstan (110; 290), Qazaxıstan (127; 239), Tacikistan (136; 213), Türkmənistan (141; 197) və Qırğızıstan (151; 158) isə millimizdən alt sıralarda qərarlaşıb.

Türkiyə 637 xalla 38-cidi.

Ayın ən yaxşı göstəricisi 76 pillə irəliləmiş Qvatemala yığmasına məxsusdu. Ən pis göstəriciyə isə Toqo yığması imza atıb - 38 pillə geri.

İlk onluq isə belə sıralanıb: Almaniya (1765 xal), Argentina (1631), Kolumbiya (1488),Hollandiya (1456), Belçika (1444), Braziliya (1291), Uruqvay (1243), İspaniya (1228), Fransa (1202) İsveçrə (1175).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.