17 sentyabr 2014 20:26

Kristof Qalte: Qarabağ bizdən daha təcrübəlidi

Fransanın "Sent-Etyen" klubunun baş məşqçisi Kristof Qalte Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az sizi fransız mütəxəssisin mətbuat konfransından hazırlanmış reportajla tanış edir:

- Avroliqada hədəfiniz nədən ibarətdi?
- Biz Fransa çempionatında mövsümə yaxşı start vermişik. Avroliqada da eyni dərəcədə uğurlu çıxışımızı davam etdiririk. Avroliqa təcrübə toplamaq baxımından bizim üçün vacibdi.

- Oyuna necə hazırlaşmısız?
- Yaxşı. Komanda əla vəziyyətdədi. Əlimizdən gələni edəcəyik ki, uğurlu nəticə qazanaq. Heyətdə zədəli futbolçularımız var. Onları meydana buraxmaqla riskə yol vermək istəmirik.

- Rəqib haqda nə deyə bilərsiz?
- Bizim nümayəndəmiz onların son çempionat oyununda olub. Digər oyunlarının da videoyazılarına baxmışıq. "Qarabağ" bizdən daha təcrübəlidi. Onlar ölkə çempionu olublar. Biz isə çoxdandı belə bir uğur qazana bilmirik. Ağdamlıların futbolçuları yığma komandalarda çıxış edir. Çox faydalı braziliyalıları var.

- "Sent-Etyen" Fransa çempionatında çıxış edir. "Qarabağ" sizdən necə təcrübəli ola bilər ki?
- Onların avrokubokların son mövsümlərində çoxlu qələbələri var. Bu, vacib təcrübədi. Amma rəqibin avrokuboklardakı müsbət statistikası bizi qorxutmur. Biz öz oyunumuzu göstərməyə çalışacağaıq. Qələbə qazanmaq istəyirik.

- Bəs necə futbol oynamağı düşünürsüz?
- Bunu deyə bilmərəm (gülür). Avropa Liqasında heç kim açıq futbol oynamır.

- "Böyük beşlik" ölkələrinin təmsilçiləri bir qayda olaraq, Avroliqaya çox da böyük önəm vermir. Sizdə də belədi?
- Bu turnir bizim üçün maraqlıdı. Pley-off mərhələsinə çıxmaq üçün mübarizə aparacağıq. Bunu siz də görəcəksiz.

- Bakıda uduzsaz, bunu normal qəbul edəcəksiz?
- Mən buna çox məyus olaram. Heç kim uduzmağı istəməz.

- Siz "Qarabağ"ın 20 ildən çoxdu Ağdamda oynamadığından xəbərdarsız?
- Mən siyasətə qarışmaq istəmirəm. Amma futboldan danışa bilərəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.