17 sentyabr 2014 15:20

Dorinel Muntyanu: Mən Qəbələyə diktatorluq etməyə gəlməmişəm

"Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanunun azerisport.az saytına müsahibəsi

- "Simurq"la çətin səfər oyunundan qələbə ilə qayıda bildiz. Əzmkar qələbəni necə şərh edərdiz?
- Rəqibimiz doğrudan da yaxşı komanda idi. Bunu elə çempionatın startı da göstərdi. "Xəzər Lənkəran" Zaqatalada 3 xal qoyub getmişdi. "Neftçi" onları öz meydanında çətinliklə məğlub etmişdi. Bizə də asan olmadı. Özü də matçın əvvəlində penalti qolu ilə hesabda geri düşdük. 15-ci dəqiqədən sonra uşaqlar özlərinə gəldilər. Fikrimcə, layiqli iki qol vurduq, qələbə qazandıq. Buna görə komandamın üzvlərinə minnətdaram. Bütün güclərini meydanda qoydular.

- Deyəsən, Dodonu cəzalandırmağınız ona faydalı olub, bu oyunda dubla imza atdı...
- Dodo oyun formasına görə yox, öz sənətinə düzgün yanaşmamasına görə cəzalanmışdı. Yəqin ki, nəticə çıxarıb. Dodo oyuna böyük istəklə çıxmışdı. Bunu məşqlərdə də görmək olurdu. Elə bunun sayəsində də iki qol vuraraq, komandasına kömək etdi?

- Mövsümə startı necə dəyərləndirərdiz?
- Beş oyuna üç qələbə və iki məğlubiyyəti qənaətbəxş nəticə saymaq olar. Əlbəttə, daha yaxşı nəticə qazanmaq istərdik. "Qəbələ" bundan da yaxşısına nail ola bilərdi. Çünki komandanın potensialı buna imkan verir.

- Sizcə, qeyri-sabit çıxışın səbəbi nədi?
- Məndən öncə olanlarla bağlı heç nə deyə bilmərəm. Amma bu mövsüm komandaya yeni məşqçilər korpusu, yeni futbolçular gəlib. Sabit oyun haqda danışmaq hələ tezdi. Amma bunun üçün çalışırıq. Əsas hədəfimiz də məhz budu.

- Nizami Hacıyevlə Elnur Allahverdiyevin komandadan getməsi, Dodonu cəzalandırmağınız sizin prinsipiallığınızı göstərir. Komanda sizin tələblərinizə uyğunlaşır?
- Mən futbol prinsiplərinə əsaslanıram, bunu heç kim poza bilməz. Komandanın bir mexanizm kimi çalışması üçün intizamın olması vacibdi. Mən burada yeni prinsiplər tətbiq etmirəm. "Qəbələ"yə də diktatorluq üçün gəlməmişəm. Sadəcə, intizamı çox sevirəm.

- "Neftçi" ilə oyundan nə gözləyirsiz?
- "Neftçi" yəqin ki, Azərbaycanda ən sevimli komandalardandı. Bakılıların yaxşı heyəti var. Bilirəm ki, Böyükağa Hacıyevin gedişindən sonra ora Arif Hacıyev gəlib. Rəqibə hörmətlə yanaşırıq. Hədəfimiz bu oyuna tam hazır olmaqdı. Rəqibi öz meydanımızda qəbul edəcəyimiz üçün qələbə qazanmalıyıq, azarkeşlərimizi sevindirməliyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.