16 sentyabr 2014 17:20

"Dneprin rəqibi Qarabağ həm puluna, həm də oyununa görə güclüdü"

"Araz Naxçıvan"ın ukraynalı müdafiəçisi Ruslan Zubkov ölkəsinin mətbuatına müsahibə verib. Azerisport.az saytı sizi həmin müsahibə ilə tanış edir.

- Son turda "İnter"ə 1:3 hesabı ilə məğlub olduz. Bu oyunu necə şərh edərdiz?
- Çempionatın aparıcı komandalarından birinə qarşı oynadıq. Onlar ənənəvi olaraq, medallar uğrunda mübarizə aparır. Buna baxmayaraq, əlbəttə ki, biz uduzmaq istəmirdik. Rəqibin də güclü və zəif cəhətlərini bilirdik. Lakin ikinci hissənin əvvəlində erkən qol buraxdıq. Bu qoldan sonra çalışdıq ki, nəyisə düzəldək, amma hesab daha da böyüdü. Çünki rəqib müdafiədə yaxşı oynayıb, sürətli əks-hücumlar təşkil edirdi. Bu da bizi sındırdı və qapımızda ikinci qolu gördük. Həmin qol da həlledici oldu.

- Bəs necə oldu ki, siz qol vurduz?
- 80-ci dəqiqədən sonra rəqib qapısına təxminən 25 metr məsafədə bir cərimə zərbəsi qazandıq. Məsuliyyəti öz üzərimə götürdüm və bu şansı qaçırmadım. Hesab 1:2 oldu. Bu qolla ruhlanmaq istəyirdik ki, rəqib üçüncü qolu vurdu. Beləliklə oyun 1:3 hesablı məğlubiyyətimizlə başa çatdı.

- Ötən mövsüm 1-ci divizionda çıxış edirdiz. Yüksək liqaya necə vəsiqə qazandız?
- Baxmayaraq ki, "Araz Naxçıvan" Premyer Liqada yenidi, amma mən futbolçularımızı yeni adlandırmazdım. Komandamızda elitada çıxış etmiş futbolçular toplaşıb. Onların hamısı əvvəl yüksək liqada çıxış edib. Birinci divizionda necə oynadıq? Bu barədə qısaca onu deyərdim ki, tezliklə 1-ci divizionda qalib gəlib, güclü rəqiblərlə yaxşı futbol oynamaq istəyirdik.

- Qızıl medal aldız? Bu sizin şəxsi kolleksiyanızda ilk idi?
- Bəli, mən ukraynalı olaraq, Azərbaycanda ilk medalımı qazandım. Əslində, bu mənim karyeramda ilk deyildi. "Titan" klubunda oynayarkən də, medal qazanmışdım.

- Rəhbərlik qarşınıza hansı hədəfi qoyub?
- Rəhbərlik istəyir ki, "Araz Naxçıvan" yüksək liqada qalsın. Bu, cari mövsüm üçün bizim əsas hədəfimizdi. Hazırda komandamız turnir cədvəlinin 9-cu pilləsində yer alır. Əlbəttə ki, itirdiyimiz xallar oldu. Amma xatırlanmalı bir məqam var ki, biz Azərbaycan futbolunun tarixi nəhəng klubu olan "Neftçi"ni evdə 3:0 hesabı ilə məğlub etdik.

- Komandanız ölkənin harasında yerləşir? Orada sənaye, turizm baxımından maraqlı nəsə var?
- Biz Azərbaycanın Naxçıvan Muxtar Respublikasında yerləşirik. Bura ayrıca bir yerdi və İran, Türkiyə, Ermənistanla qonşudu. Əslində, bura öz yerləşmə mövqeyinə görə maraqlıdı. Buranın məxsusi gözəlliyi var.

- Orada infrastruktur necədi?
- İnanıram ki, yaxın gələcəkdə "Araz Naxçıvan"da infrastrukturla bağlı işlər yaxşı olacaq. Cünki klubumuz 20 illik fasilədən sonra yenidən qurulub. Çox şey sıfırdan başlayıb.

- Azərbaycan çempionatında maraqlı nəsə var?
- Yerli çempionatla bağlı maraqlı olan odu ki, bu çempionatda 10 komanda mübarizə aparır və 4 dövrədən ibarətdi. Demək olar ki, hər matç axırıncı oyun kimi görünür.

- Ukraynadakı kimi, burada da səyahətlər uzun çəkir?
- Demək olar ki, elədi. Bu səyahət iki saat vaxt aparır.

- Biz videoda baxanda görürük ki, Azərbaycanda çox oyunlar süni meydançalarda keçirilir...
- Bəli, doğrudan da, elədi. Çünki burada iqlim imkan vermir ki, hər yerdə təbii öt örtüklü meydan saxlayasan.

- Artıq üç ildi ki, bu ölkədə çıxış edirsiz. Hansı komandalarda oynamısız?
- Bəli, 3 ildi ki, Azərbaycandayam. Mən Ukraynanın "Odessa" klubunda oynayanda yerli menecerlər məni izləyib. Burada ilk klubum AZAL oldu. Sonra məni yarım illiyinə "Turan"a icarəyə verdilər. İndi də "Araz Naxçıvan"dayam.

- Azərbaycan futbolunun özünəməxsus üslubu necədi?
- Deyərdim ki, bu gün Azərbaycan futbolunda sürətli və texnikalı oyuna üstünlük verirlər. Burada güclü oyunu sevmirlər. Bu səbəbdən də komandalar xeyli güclənib.
 
- Orada Kiyev "Dinamo"sunun sabiq baş məşqçisi Yuri Syomin işləyib. O, "Qəbələ"də nə etdi? Biz həmin vaxt yerli mətbuatda Syomina qarşı tənqidi yazılar görürdük...
- Açığı başa düş bilmədim ki, Syominin çempion olmağı üçün nə çatmadı. Əminəm ki, o, əlindən gələni etdi. Haqqındadkı tənqidlərə gəldikdə isə, burada milçəyi şişirdib, dəvə etməyi xoşlayırlar. Ola bilsin ki, onun işi kiminsə xoşuna gəlmirdi. Axı hamı üçün yaxşı olmaq mümkün deyil. Bu, həyatın qanunudu. Amma onu deyə bilərəm ki, həmin vaxt "Qəbələ" çempionatdakı ən güclü komandalardan biri idi.

- Azərbaycan çempionatına son illər böyük investisyalar yatırılması doğrudu? Vaxtilə "Dinamo"nun ikinci komandasında çıxış edən bir azərbaycanlı futbolçu demişdi ki, orada futbolçulara verilən maaş heç də Ukraynadakından az deyil...
- Bəli, bu, doğrudu. Pula görə yerli nəhəng klublar başqalarından heç də geri qalmır. Amma görünür ki, Azərbaycan çempionatında pul hər şeyi həll etmir. Birinci olmaq üçün yaxşı oynamalısan. Mən deyə bilərəm ki, "Dnepr"in rəqibi "Qarabağ" həm puluna, həm də oyununa görə güclüdü.

- Bu ölkədə ən çox hansı ölkələrdən olan legionerlər çıxış edir? Orada ukraynalılar niyə azdı?
- Bu ölkədə ən çox hansı ölkələrdən olan legionerlərin oynadığını demək çətindi. Burada gürcülər, serbiyalılar, xorvatiyalılar var. Burada ukraynalı futbolçuların nəyə görə az olduğunu deyə bilmərəm. Bu, çox çətindi. Ola bilər ki, bu, baş məşqçilərin seçimidi. Sizə deyə bilərəm ki, çox ukraynalılar gəlib, burada oynamaq istəmir. Bunu hansı səbəbdən etdiklərini başa düşmürəm.

- Sizin komandada həmyerliniz Krutskeviç oynayır. Səhv etmirəmsə, siz yaxşı dostluq edirsiz...
- Bəli, səhv etmirsiz. Biz Aleksandrla dostluq edirik. Üstəlik burada Andrey Popoviç, Vladimir Levin, Aleksandr Çertoqanov kimi Ukrayna əsilli Azərbaycan vətəndaşları var. Hamımız dostuq, görüşürük. Amma bir şeyi deyim ki, bu dostluq münasibəti ancaq Aleksandr və məndən ibarət deyil. Bizi digər komanda yoldaşlarımızla da yaxşı yoldaşlıq edirik. Fərqi yoxdu ki, hansı millətin nümayəndəsiyik. Mənim üçün əsas odu ki, insan ruhən mənə yaxın olsun.

-  Azərbaycanda hansı mövqedə oynayırsız?
 - Bir çox mövqelərdə oynamışam. Əsasən mərkəz müdafiəçisi kimi oynayıram. Amma bir dəfə tamamilə fərqli mövqedə təcrübə yaşamışam. Qapıya keçmişəm.

-  Nə vaxt?
- "Turan"da oynayanda.
 
- Burada çıxış etdiyiniz müddət ərzində yeni nəsə öyrən bilmisiz?
- Əvvəla legioner kimi oynadığını anlamaq vacibdi. Bu illər ərzində burada qazandığım təcrübə əvəzolunmazdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.