16 sentyabr 2014 16:00

Sent-Etyenin prezidenti Qarabağı autsayder görür

Fransanın "Sent-Etyen" klubunun prezidenti Rolan Romeye Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açqlayıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:

"Avropa Liqasında çıxış etmək bizim üçün şərəfdi. Klubumuz çox çətin dövrü geridə qoydu və yenidən Avropa arenasına qayıtdı. Komandada bir ailə atmosferi formalaşıb. "Sent-Etyen"də hamı ciddi və zəhmətkeşdi. Avropa Liqasında rəqabət aparmaq bizim üçün əladı. Amma hər şey nəticələrdən asılı olacaq".

"Bizim əsas hədəfimiz qrupdan çıxmaqdı. Amma bu, elə də asan olmayacaq. Fikrimcə, üçüncü də ola bilərik. Favoritlər "İnter" və "Dnepr"di. Ona görə qarşıya qoyulan hədəfə çatmaq üçün əlimizdən gələni etməliyik".

"Bu mövsüm komandamızın heyəti güclüdü. Əfsuslar olsun ki, müəyyən zədə problemlərimiz var. Eyni zamanda Fransa çempionatında və Avroliqada mübarizə aparmaq çətin olacaq. Amma biz elə etməliyik ki, klubumuzu təkcə Fransada yox, xaricdə də sevənlər olsun. Komandada 23 peşəkar futbolçu var. Onlar həftədə iki dəfə oynamağa hazırdılar. Bir şeyi dəqiq deyə bilərəm ki, biz Avroliqanı qruban vermək fikrində deyilik. Əsas uğurlu başlanğıcdı".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.