16 sentyabr 2014 13:55

Qurban Qurbanov: Sent-Etyen ilə oyunda ən yaxşı nəticə üçün çalışacağıq

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun azerisport.az saytına müsahibəsi

- Ötən gün Tofiq Bəhramov adına Respublika stadionunun qazonuna baxış keçirmisiz. Necədi?
- Pis deyil. Hələlik, yumşaqdı. Fikrimcə, oyuna qədər yaxşı vəziyyətdə olacaq.

- Yeni qazonun keyfiyyətindən razı qaldız?
- Çox yaxşıydı. Təbbi ki, bundan əvvəlkindən fərqlənir. Bir aya ideal səviyyədə olar.

- Qazonun oyuna qədər 100 faiz hazır olmaması oyununuza təsir edə bilər?
- Düşünmürəm. Yadımdadı ki, ötən mövsüm Almaniya "Ayntraxt"ı ilə oyunumuzda da rəqibin stadionuna yenicə qazon döşənmişdi. Amma bu, oyunçularımız üçün xüsusi problem yaratmadı.

- Fransa "Sent-Etyen"i ilə oyuna hazırlıq necə gedir?
- Yaxşı. Zədəlilərin olmaması sevindirir. Rəqibi analiz etməyə davam edirik. Fikrimcə, bizi maraqlı oyun gözləyir.

- Fransızlar Avroliqanın pley-off mərhələsində Türkiyə "Karabükspor"una qarşı elə də yaxşı oyun sərgiləməmişdilər...
- İndi onlar yaxşı oynayırlar. Fransa çempionatında ikinci pillədə olmaları təsadüfi deyil. Bu, nədənsə xəbər verir. Kollektiv olaraq müdafiə olunurlar, hücuma keçirlər. Diqqətli olmalıyıq. Kifayət qədər təcrübəli futbolçuları var. Hücum xəttində texnikalı oyunçuları çoxdu. Bu da bizim müdafiə xəttimizə problem yarada bilər.

- Azərbaycan komandaları standart vəziyyətlər zamanı yaxşı müdafiə oluna bilmirlər. Bu planda komandanızın çətinlik çəkməsi mümkündü?
- Təəssüf ki, "Sent-Etyen" də standart vəziyyətlər zamanı təhlükəli komandalardandı. Buna görə xüsusi diqqətli olmağımız lazımdı.

- "Qarabağ" Avroliqanın qrup mərhələsində debüt etmiş olacaq. Belə bir oyunda heç-heçə də sizin üçün qənaətbəxş sayıla bilər?
- İstənilən nəticəyə hazır olmaq lazımdı. Uduza da bilərik, uda da. Mümkündü ki, heç-heçə də bizi qane etsin. Amma biz istənilən halda ən yaxşı nəticə üçün çalışacağıq. Çünki bizi dolu tribunalar dəstəkləyəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.