16 sentyabr 2014 00:45
Neftçinin hücumçusu Böyük oyunu toya görə buraxıb
"Neftçi"nin hücumçusu Ruslan Qurbanovun Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı oynamamasının səbəbi müəyyənləşib. Azerisport.az xəbər verir ki, o, həmin oyun vaxtı Stavropola gedibmiş.
Lakin Qurbanov məşqçilərin icazəsi ilə Azərbaycanı tərk edibmiş. Buna səbəb isə Ruslanın evlənməsi olub. Gənc futbolçunun toyu məhz Stavropolda baş tutub.
