16 sentyabr 2014 00:01

Qarabağ və Nərimanov RPİ-nin ortaq bəyanatı

“Qarabağ” klubunun, Nərimanov Rayon Polis İdarəsinin və Tofiq Bəhramov adına Respublika stadionu rəhbərliyinin iştirakı ilə toplantı keçirilib. Azerisport.az xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin rəis müavini, polkovnik Nizami İsmayılov, mərkəzi arenanın direktoru Akif İsmayılov və “Qarabağ” klubunun rəhbərliyinin iştirakı ilə keçirilən görüşdə Avropa Liqasının qrup mərhələsinin “Qarabağ” – “Sent-Etyen” oyunundan əvvəl “qara bazar”da biletlərin satılması və saxta biletlərin üzə çıxması ehtimalı məsələsi müzakirə olunub.

Görüşdə Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyi qanunsuz bilet satışının qarşısının alınması üçün ciddi tədbirlər görüləcəyini, həm qanunsuz bilet satışı ilə məşğul olanların, həm də saxta biletlər aşkarlanacağı halda buna yol verən şəxslərin cinayət məsuliyyətinə cəlb olunacağını bildirib.

Futbol azarkeşlərinin Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından biletləri klubun müəyyənləşdirdiyi qiymətlərlə almaları üçün ciddi tədbirlər görüləcəyi vurğulanıb.

“Qarabağ” klubu azarkeşlərdən xahiş edir ki, “Sent-Etyen”lə oyun üçün biletləri yalnız Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından alsınlar. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.