15 sentyabr 2014 17:15

Rəşad Sadıqov: Xoşdu ki, çempionatın lideri elə Sumqayıtdı

"Qarabağ"ın kapitanı Rəşad Sadıqovun azerisport.az saytına müsahibəsi

- Son ölkə çempionu ilk qələbəsini yalnız 5-ci turda qazandı...
- AZAL son turda "Qəbələ" üzərində qələbə qazandığından rəqib futbolçularda özünəinam çox idi. Bizim oyuna qədər bütün favoritlər qalib gəlmişdilər və aradakı xal fərqi artmışdı. Ona görə də bu oyun bizim üçün çox vacib idi. Bu üzdən uşaqlar yaxşı oyun sərgiləyib, çox lazımlı bir qələbəyə imza atdılar.

- Məhz "Qarabağ" üzərindəki texniki qələbədən sonra "Sumqayıt" qələbələri sıralamaqda və liderliyə davam edir...
- "Sumqayıt"ın liderliyi məni sevindirir. Onlara həmişə simpatiyam olub. Bu komanda Premyer Liqanın zəif kollektivlərindən hesab olunsa da, öz sistemləri var. Oyun üslubları da digərlərindən fərqlənir. Həmişə yaxşı futbol sərgiləməyi bacaran komandaların qələbə qazanmasını istəmişəm. İndi də "Sumqayıt"ın birinci yerdə getməsi xoşdu. Özü də onlar bu uğuru gənc mütəxəssis Aqil Məmmədovun rəhbərliyi altında qazanır.

- Sizcə, belə bir çempionatda komandanız nəyəsə nail ola biləcək. Çünki sizi eyni zamanda Avropa Liqasında da gərgin mübarizə gözləyir...
- Bəribaşdan deyim ki, biz Premyer Liqanı Avroliqaya qurban vermək fikrində deyilik. İlk turda "Sumqayıt"a texniki səhv səbəbindən uduzduq. İkinci oyunumuzda "İnter"ə qarşı yaxşı çıxış etsək də, 1 xal qazandıq. "Bakı"ya qarşı ağır Hollandiya səfərindən sonra oynadıq. Uşaqlarda yorğunluq var idi. Ona görə də məşqçilər gənc oyunçulara şans verdilər. Hesabda öndə olsaq da, sonda qələbəni əldən verdik. Şadam ki, nəhayət son turda ilk qələbəmizi qazandıq. Ehtiyatda oyunumuz olsa da, liderlərdən yenə geridəyik. Avroliqa oyunlarında çox güc itirəcəyik. 3-4 gündən bir oyuna çıxmaq çox çətin olacaq. İstənilən halda hədəfimiz qış fasiləsinə qədər liderlərdən çox geri qalmamaqdı.

- Son iki çempionat oyununda meydana çıxmamısız. Rəşad Sadıqov daha vacib oyunlar üçün qorunur?
- Bu, mənim qərarım deyil. AZAL-a qarşı oyuna hazırlaşmışdım. Amma məşqçilər məni ehtiyatda saxlamağa qərar verdilər. Buna da normal yanaşdım.

- Mərkəzi arenaya yeni qazon döşənir. Bu xəbəri komandanız necə qarşıladı?
- Baxaq, görək necə qazon olacaq. Məncə, hələ yeni qazonun tam yaxşılaşması üçün 10-15 gün lazımdı. Bizim oyuna qədər nə dərəcədə ideal olacağını deyə bilmərəm. Belə qazonlarda oynamışıq. Həddən artıq yumşaq olurlar. Təbii ki, qazonun yenilənməsi sevindiricidi. Ümid edirəm ki, bu, bizim oyunumuza yaxşı təsir edəcək.

- Dolu stadion, gözəl qazon, fransız "Sent-Etyen"i... Sentyabrın 18-i Azərbaycan futbolu üçün tarixi bir gün ola biləcək?
- Bu matçın bütün ölkə üçün vacib olduğunu anlayırıq. Biz də öz növbəmizdə hazırlaşırıq, əlimizdən gələni edirik ki, bu oyunda yaxşı nəticə qazanaq. Amma nəzərə almaq lazımdı ki, rəqib çox güclüdü. Elə Fransa çempionatındakı nəticələrinə baxmaq yetərlidi. Çox güclü qrupa düşmüşük. Biri 5, digəri 7 qol vurur.

- Razısız ki, "Qarabağ"ın qrup mərhələsinə "Sent-Etyen"ə qarşı oyunla start verməsi ən uyğun variantdı?
- Mənim üçün hər üç rəqibimiz eyni dərəcədə güclüdü. Amma ilk oyun həmişə çox vacibdi. Daha sonra bizi "İnter" və "Dnepr"lə çətin səfər oyunları gözləyir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.