15 sentyabr 2014 00:40
Mahir Şükürovun komandası Cavid İmamverdiyevin klubuna qalib gəldi
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 2-ci turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Şükürovun komandası "Karşıyaka" səfərdə Cavid İmamverdiyevli "Elazığspor"la qarşılaşıb.
Görüş Mahirin komandasının 2:1 hesablı qələbəsiylə başa çatıb. Həm Şükürov, həm də İmamverdiyev start heyətdə çıxdığı oyunda sonadək meydanda olub. Bu, Cavidin yeni klubunda debüt görüşü olub.
Qeyd edək ki, Şükürovun komandası hazırda 4 xalla 4-cü pillədə qərarlaşıb. İmamverdiyevin komandası isə hələlik xal qazanmayıb və 17-ci yerdə gedir.
