15 sentyabr 2014 00:30
Rail Məlikov yenə oynamadı
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 2-ci turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Rail Məlikovun komandası "Dənizlispor" da növbəti matçına çıxıb.
Dənizli klubu doğma meydanda "Busaspor"la qarşılaşıb. Oyun "Dənizlispor"un 2:1 hesablı qələbəsiylə başa çatıb. Rail bu oyunun iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, Məlikovun komandası 4 xalla 3-cü pillədə qərarlaşıb.
