15 sentyabr 2014 00:12
Qarabağın azarkeşləri bilet satışından narazıdı
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində qarşılaşacağı Fransa "Sent-Etyenn"lə ilk oyununa biletlər artıq ötən gün səhərdən satışa çıxarılıb. Amma azerisport.az xəbər verir ki, Ağdam klubunun tərəfdarları bilet satışının gedişatından narazıdılar.
Buna səbəb həmişəki kimi bilet dəllallarının iş başında olmasıdı. Belə ki, onlar adətləri üzrə yenə ucuz biletləri ələ keçirərək azarkeşlərə baha qiymətə satmağa başlayıblar. Bu isə oyunu canlı izləmək istəyən futbolsevərlərin etirazına səbəb olub. Onlar bununla bağlı klub rəhbərliyinə müraciət etmək fikrindədilər.
Qeyd edək ki, "Qarabağ" - "Sent-Etyenn" matçı sentyabrın 18-də keçiriləcək.
