15 sentyabr 2014 00:01
Qarabağın rəqibindən 7 cavabsız qol
Futbol üzrə İtaliya A Seriyasında 2-ci turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan "İnter" də növbəti oyununa çıxıb.
Milan təmsilçisi doğma meydanda "Sassuolo" ilə qarşılaşıb. "Qarabağ"ın rəqibi bu oyunda 7 cavabsız qolla qalib gəlib. "İnter"in qollarını 4, 30 və 53-cü dəqiqələrdə het-trikə imza atan İkardi, dubla imza atan Osvaldo (43 və 72-ci dəqiqələr), eləcə də Kovaçiç (21) və Quarin (74) vurub.
