15 sentyabr 2014 10:55

Böyük oyunlarda rekord

“Neftçi” və “Xəzər Lənkəran” arasında Topaz Premyer Liqasının 5-ci turunda keçirilən “Böyük oyun” rekordlarla əlamətdar olub. Azerisport.az xəbər verir ki, bakılılar ardıcıl 4-cü ev oyununda qalib gəlib.

Bu isə “Böyük oyun”lar tarixinin rekordudu. “Ağ-qaralar” ötən mövsümün hər iki ev oyununda – 4:1 (02.11.2013) və 1:0 (29.03.2014), həmçinin 2012/13 mövsümündə 2:1 (15.09.2012) hesabı ilə  qalib gəlmişdi. Bu dəfəki 1:0 hesablı qələbə isə ev oyunlarındakı qələbə seriyasını 4-ə çatdırıb. Bunadək “Böyük oyun”ların rekordu ardıcıl 3 ev qələbəsi idi. “Xəzər Lənkəran” 2011-ci il sentyabrın 10-da və 2012-ci il aprelin 22-də eyni – 1:0, 2012-ci il dekabrın 14-də isə 2:1 hesabı ilə qalib gəlməklə qonaqları xalsız qoymuşdu.

“Neftçi”nin baş məşqçisi kimi bütün yarışlar nəzərə alınmaqla 9-cu dəfə “Böyük oyun”a qatılan Arif Əsədov sələfi Böyükağa Hacıyevin rekordunu təkrarlayıb. Onlar eyni komandanı “Böyük oyun”a daha çox çıxaran məşqçi kimi ən yüksək göstəriciyə malikdilər. Daha çox – 13 belə matçda iştirak edən Ağasəlim Mircavadov isə buna iki komandada nail olub. Əsədov 9-cu cəhddən ilk qələbəsinə şahidlik edib.

“Böyük oyun”ların ən məhsuldar futbolçusu Flavinyo 8-ci qolunu vurub. Bununla da öz rekordunu yeniləyən braziliyalı ən yaxın izləyiciləri ilə fərqi artırıb. Zaur Tağızadə 4, Bahodir Nasimovla Julius Vobay 3 dəfə “Böyük oyun”da qol sevinci yaşayıb. Onlardan yalnız Vobay “Xəzər Lənkəran”ın, digərləri “Neftçi”nin heyətində bunu bacarıb. (PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.