14 sentyabr 2014 00:25

Saşa Stamenkoviç: Rauf Əliyevə toxunmamışdım, hakimin qərarından narazıyam

"Neftçi"nin qapıçısı Saşa Stamenkoviçin azerisport.az saytına müsahibəsi

- "Böyük oyun"la bağlı nə deyə bilərsiz?
- Çətin oyun alındı. Bilirdik ki, asan olmayacaq. Vurulacaq bir qol oyunun taleyini həll edə bilərdi. XL çempionatda nə qədər yaxşı çıxış etməsə də belə, onlarla oyunlarımız həmişə çətin olur. Şadam ki, prinsipial rəqibimizə qalib gələ bildik.

- Siz Rauf Əliyevə qarşı sonuncu ümid foluna görə oyunu erkən tərk etməli oldunuz...
- Mən orada qaydanı pozmamışdım. Ona görə də həmin epizodda penalti və qırmızı vərəqə yox idi. Uşaqların sayəsində azlıqda olmağımıza baxmayaraq, qələbə hesabını qoruya bildik.

- Yəni hakimin qərarı səhv idi?
- Mən Raufa heç toxunmamışdım. O, özü mənə toxundu. Həm də Karlos Kardoso yanımızdaydısa, orada hansı sonuncu ümid folundan söhbət gedə bilər? Hakimin qərarı ilə razı deyiləm.

- Sizi əvəzləyən Pavel Doroşevin oyunu haqda nə deyə bilərsiz?
- O, təcrübəli qapıçıdı. Bir neçə epizodda komandamızı qoldan xilas etdi. Fikrimcə, komandamızın növbəti oyunlarında da qapı baxımından problemi olmaz.

- "Neftçi" artıq qələbələri sıralamağa və liderlər qrupunda məskunlaşmağa başlayıb...
- Avropa Liqasında mübarizəni dayandırandan sonra bizim başqa bir işimiz qalmayıb. Ona görə də ölkə daxilindəki turnirlərdə mümkün qədər yaxşı çıxış etməyə çalışacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.