14 sentyabr 2014 12:00
Sent-Etyenin baş məşqçisi: Qarabağ kiçik klub deyil
Fransanın “Sent-Etyenn” klubunun baş məşqçisi Kristof Qalte Avropa Liqasının qrup mərhələsindəki ilk rəqibləri olan Azərbaycan çempionu “Qarabağ”la oyun öncəsi ölkə çempionatında üz-üzə gəldikləri “Kan”la görüşdən sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
“Bu qələbədən çox razıyam. Baxmayaraq ki, yaxşı oyun sərgiləyə bilmədik. PSJ ilə oyundakı uğursuzluqdan sonra bu qələbə bizim üçün çox vacib idi. Qələbə qazanmaqla xallarımızın sayını 10-a çatdırdıq, doğma meydandakı məğlubiyyətsiz seriyamızı davam etdirdik. Tezliklə Avropa Liqasında qrup mərhələsinə start verəcəyik. Öz oyunumuzu göstərməliyik. “Qarabağ” kiçik klub deyil. Onlar tam dolu stadionda oynayacaqlar”.
