14 sentyabr 2014 00:05
Qarabağın rəqibindən beş qolluq qələbə
Futbol üzrə Ukrayna çempionatında 6-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan "Dnepr" də növbəti matçına çıxıb.
Dnepropetrovsk təmsilçisi səfərdə Xarkov "Metallist"i ilə qarşılaşıb. Oyun "Dnepr"in 5:2 hesablı qələbəsiylə başa çatıb.
Qeyd edək ki, "Dnepr" hazırda 6 oyuna topladığı 16 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.
