13 sentyabr 2014 23:55
Qurban Qurbanov: Vacib qələbə qazandıq
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 3:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Oyuna yaxşı hazırlaşmışdıq. Vacib qələbə qazandıq. Rəqib bu gün 3 qol buraxsa da, sona qədər mübarizə apardı. Düşünürəm ki, bütün komandalar AZAL-a qarşı oyunda çətinlik çəkəcəklər. Danilo Dias bu gün heyətə daxil edilməmişdi. Həmin mövqe üçün həm Cavid, həm də Dias var. Limitə görə, belə addım atdıq. Çempionatın digər oyunlarında bu dəyişiklikləri görəcəksiz. Qapıçı Fərhad Vəliyevin çıxışından da razı qaldım”.
