Tərlan Əhmədov: Heç kimin oyunundan razı qalmadım
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "təyyarəçilər"in çalışdırıcısı 0:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Millinin oyunları ilə əlaqədar olaraq yaranmış fasilə bizə mənfi təsir göstərdi. Eyni zamanda, ola bilər ki, “Qarabağ” adı futbolçularımda müəyyən həyəcan yaratmışdı. Heyətdə müəyyən problemlər var. Amma yaxın vaxtlarda bunlar həllini tapacaq. Ruslan Məcidov və Tomi Kostadinov sıraya dönürlər. Yerli futbolçulardan Təmkin hələ heyətə uyğunlaşmayıb. İstedadlı oyunçudu, amma özünü göstərə bilmədi. Komandada heç kimin oyunundan razı qalmadım. “Qarabağ”a Avropa Liqasının qrup oyunlarında uğurlar arzu edirəm”.
