14 sentyabr 2014 19:35
“Məşq etməməyimiz oyunun gedişində özünü göstərdi”
"Bakı"nın baş məşqçisi İbrahim Uzunca Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "zolaqlılar"ın türkiyəli çalışdırıcısı 1:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Oyun istədiyimiz kimi gedirdi. Erkən qol bizi irəli atdı. Məşq etməməyimiz oyunun gedişində özünü göstərdi. İki səhvdən sonra qollar buraxdıq və uduzduq. Mən uşaqlardan razıyam, qarşıdakı oyunlarda xal, eyni zamanda qələbə də qazanacağıq. Ən qısa zamanda maddi durumun düzələcəyinə inanıram. Biz mübarizə aparan bir komandayıq, amma problemlər də sözünü deyir. İstənilən halda, “Bakı”nın adını qoruyub-saxlamaq üçün çalışırıq. Çatışmazlıqların üzərində çalışmalıyıq”.
