14 sentyabr 2014 16:15
Aqil Məmmədov fikrini dəyişdi
"Bakı"nın kapitanı Aqil Məmmədov kluba qayıdıb. Azərisport.az xəbər verir ki, rəhbərliklə görüşən qapıçı fikrini dəyişib və matç ərəfəsində komandaya qoşulub.
Bu gün onun "Sumqayıt"la oyunda iştirakı baş məşqçi İbrahim Uzuncadan asılıdı.
Qeyd edək ki, maliyyə problemiylə əlaqədar Məmmədov ötən gün bazanı tərk etmişdi.
