14 sentyabr 2014 16:00

Cahangir Həsənzadə: XL-in Neftçi ilə oyunda bəxti gətirmədi

“Xəzər Lənkəran”ın qapıçısı Cahangir Həsənzadənin azerisport.az saytına müsahibəsi

- “Neftçi”yə məğlub olduz. Bu oyun haqda nə deyə bilərsiz?
- Çətin oyun oldu. Təəssüf ki, bu görüşdə uğur bizim tərəfimizdə olmadığı üçün məğlub olduq.

- Sizcə, prinsipial oyunda məğlubiyyətə nə səbəb oldu? Çünki rəqib azlıqda oynayırdı...
- Əslində, hər şey normal idi, bərabər mübarizə apardıq. Sadəcə, qol vura bilmədik. Penaltini də qaçırdıq. Halbuki, həmin penalti qol olsaydı, bu, komandamıza çox kömək edərdi, hətta qələbə də qazana bilərdik. Amma alınmadı. 

- Görünür, məhz penaltini qaçırmağımız komandaya təsir etdi.
- Razıyam. Həmin epizod komandaya mənfi təsir göstərdi. Uşaqlar mümkün qədər tez hesabı bərabərləşdirmək istəyirdilər. Amma bacarmadılar. Məncə, bizim bu görüşdə bəxtimiz gətirmədi. 

- Demək olar ki, hücum xəttiniz dişsizdi?
- Xeyr, yaxşı səviyyəli futbolçularımız var. Sadəcə, qol epizodlarından lazımınca yararlana bilmirik.

- Flavinyonun qolu zamanı komandanızı qoldan xilas edə bilərdiz?
- İndi dəqiq bir söz deyə bilmərəm. Həmin epizodun təkrarına baxmalıyam. “Neftçi” təsadüfi qol vurdu.

- Sizcə, komandanın qeyri-sabit çıxışına səbəb nədi?
- Deyə bilmərəm. Mənə elə gəlir ki, bizim futbolun özü qeyri-sabitdi. İstənilən klub həm uduza, həm də qələbə qazana bilər. Yəni qeyri-sabitlik təkcə bizdə deyil.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.