14 sentyabr 2014 14:15
Nazarov Bohuma qarşı 45 dəqiqə oynadı
Almaniya ikinci bundesliqasında 5-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dmitri Nazarovun komandası “Karlsrue” də növbəti matçına çıxıb.
Futbolçumuzun komandası səfərdə “Bohum”la üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabıyla başa çatıb. Nazarov meydana 46-cı dəqiqədə daxil olub.
Hazırda Nazarovun komandası 9 xalla 6-cı yerdə qərarlaşıb.
