14 sentyabr 2014 13:05
Rüfət oynadı, komandası lider oldu
Futbol üzrə Almaniyanın cənub regional liqasında 9-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun komandası – “Saarbüken” səfərdə “Valdhof Manqeym”lə qarşılaşıb.
Oyun Rüfətin komandasının 1:0 hesablı qələbəsiylə başa çatıb. Meydana 72-ci dəqiqədə daxil olan Dadaşov bu müddət ərzində sarı vərəqəylə fərqlənməyə də imkan tapıb.
Hazırda Dadaşovun komandası 22 xalla 1-ci pillədə qərarlaşıb.
