Sent-Etyenin baş məşqçisi: Avroliqa bizim üçün Çempionlar Liqasıdı
Fransanın "Sent-Etyen" klubunun baş məşqçisi Kristof Qalte Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirəcəkləri oyunlar ərəfəsində fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Yığma komandaların oyunları ilə əlaqədar yaranan fasilə xeyrimizə oldu. PSJ-yə 0:5 hesablı məğlubiyyətdən sonra özümüzə gəlməyimiz lazım idi. Həm çempionatda, həm də Avropa Liqasında qarşımıza yüksək hədəflər qoymuşuq. Avroliqa bizim üçün Çempionlar Liqasıdı. Qrupdan çıxmaq arzumuz böyükdü. Əgər belə olmasaydı, azarkeşlərə deyərdim ki, qarşıdakı oyunlarımıza bilet almayın".
Qeyd edək ki, "Sent-Etyen" İtaliya "İnter"i və Ukrayna "Dnepr"i ilə birgə Avroliqada "Qarabağ"ın rəqibidi. Fransa və Azərbaycan klubları arasındakı ilk oyun isə sentyabrın 18-də Bakıda keçiriləcək.
