13 sentyabr 2014 00:25

Oğuz Çətin: Neftçi ilə oyun üçün də eyni planımız var

"Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətinin azerisport.az saytına müsahibəsi

- Komandanız "Böyük oyun"a hazırdı?
- Yığma komandalara gedən futbolçular vaxtında qayıtdılar. Komandamız yaxşı vəziyyətdədi. Oyuna qədər hər şey qaydasında olacaq.

- Bu prinsipial oyun öncəsi nə düşünürsüz? "Xəzər Lənkəran"ı səfərdə heç-heçə qane edir?
- Biz ilk üç turda planlaşdırmadığımız xal itkiləri ilə üzləşdik. Həmin oyunlarda maksimum xal toplamağa borclu olduğumuz halda, cəmi 1 xal qazandıq. İndi həmin xal itkilərini sığortalamaq üçün bütün favoritlərə qalib gəlməyimiz lazımdı. Son turda "İnter"lə oyuna yaxşı başladıq, onlara qalib gəldik. Bizim üçün vacib qələbə idi. "Neftçi" ilə oyun üçün də eyni planımız var. Bakılılara qalib gəlməyimiz lazımdı ki, turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdıraq. Rəqibin nə dərəcədə güclü komanda olduğunu yaxşı başa düşürük. Amma bu, bizə problem yaratmamalıdı.

- Deməli, yalnız üç xal, vəssalam?
- (gülür) Futbolda üç nəticə var. Əgər qələbə qazana bilmirsənsə, ən azından uduzmamalısan. Biz bu mövsüm bəzi oyunlarda bu deyimə əməl edə bilməmişik. Amma "Neftçi", "Qarabağ", "Qəbələ" və "İnter" kimi komandalara uduzmamaq əsasdı. Qələbə isə bizə müəyyən bir üstünlük qazandırmış olur. Məsələn, qarşıdakı "Neftçi" ilə oyunu götürək. Bu komanda üzərində qazanacağımız qələbə Lənkərandakı, klubumuzdakı atmosferi daha da yaxşılaşdıra bilər. Premyer Liqadakı növbəti oyunlarımız baxımından da bu oyunda qazanılacaq uğurun önəmi çoxdu.

- "Böyük oyun"u sizin üçün vacib edən nədi?
- Mən Türkiyədə "Qalatasaray"la "Fənərbağça" arasındakı derbilərdə az olmamışam. Bu oyun da Azərbaycan çempionatının əsas oyunlarından biridi. Ona görə özüm də bu oyuna tam hazıram.

- Komandanız bu oyunda azarkeşsiz olacaq. Bu, sizi narahat edir?
- Türkiyədə də iğtişaşlardan qaçmaq üçün bu təcrübədən istifadə olunur. Əlbəttə, belə bir mənzərənin şahidi olmaq xoş deyil. Nəzərə alsaq ki, Premyer Liqada ən böyük azarkeş ordusuna malik olan klub "Xəzər Lənkəran"dı, bundan ilk növbədə biz özümüz əziyyət çəkirik. Belə bir qadağa olmasaydı, azarkeşlərimiz stadionu doldurardı. Amma bu, bizim uğur qazanmamağımıza heç bir əsas vermir.

- Bu oyun öncəsi "Neftçi"də baş məşqçi dəyişikliyi baş verdi, Böyükağa Hacıyevi Arif Əsədov əvəzlədi. Yəqin ki, bu, sizin lehinizədi?
- Rəqib komandada baş məşqçi dəyişikliyinin həm müsbət, həm də mənfi təsiri ola bilər. Amma əgər bunun bizim üçün müsbət sayılacaq tərəfləri haqda düşünsək, XL üçün hər şey çox pis başa çatar. Yeni gələn baş məşqçi həmişə komandasının daha yaxşı oynamasına çalışır. Bu üzdən həmin komandanın rəqiblərinin işi daha çətin olur.

- Yığmamızın Bolqarıstanla oyununda Rauf Əliyev ən yaxşılardan idi. O, "Böyük oyun"un taleyini həll edənlərdən biri ola bilər?
- Ona güvənim sonsuzdu. Bildiyiniz kimi, Rauf komandamızla tam toplanış keçə bilməmişdi. Belə futbolçular üçün fiziki cəhətdən optimal forma toplamaq çətin olur. Amma Əliyev oyundan oyuna daha yaxşı təsir bağışlayır. Ümid edirəm ki, "Neftçi" ilə oyunda da öz səviyyəsini nümayiş etdirəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.