13 sentyabr 2014 21:45
Muntyanu: Futbolçularım vacib işin öhdəsindən gəldilər
"Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində "Simurq"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisinin rumıniyalı çalışdırıcısı 2:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"İlk növbədə futbolçularımı təbrik edirəm. Biz AZAL-a qarşı yaxşı oynasaq da, uduzmuşduq. Həmin vaxt layiq olmadığımız məğlubiyyəti almışdıq. Uğursuz oyundan sonra “Simurq”la görüş önəmli idi. Futbolçularım vacib işin öhdəsindən gəldilər. “Simurq”a qarşıdakı oyunlarda uğurlar arzu edirəm”.
