13 sentyabr 2014 21:25
Georgi Çixradze: Sonluq istədiyimiz kimi olmadı
"Simurq"un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun gürcü çalışdırıcısı 1:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Oyuna çox yaxşı başladıq. İlk qolu biz vurduq. Amma sonluq istədiyimiz kimi olmadı. Biz öz meydançamızda uduzmaq istəmirdik. Şanslarımızdan istifadə edə bilmədik. Qarşıdakı oyunlara baxmalıyıq”.
