Arif Əsədov: Komanda fiziki cəhətdən hələ tam hazır deyil
"Neftçi"nin baş məşqçisi Arif Əsədov Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Komandamı qələbə münasibətilə təbrik edirəm. Çox qısa bir zamanda komandanı oyuna hazırladıq. Oyun fəlsəfəmizi həyata keçirib, qələbə qazandıq. Görüş çətin alındı. İlk hissədə 10 nəfər qaldıq, məcbur olduq ki, həm heyətdə, həm də taktiki planda dəyişiklik edək. Erik Ramosun ehtiyatda qalmağı limitlə bağlıdı. Kauenin daha çox hücumameylli olduğunu düşünüb, bu addımı atmışdıq. Qısa müddətdə futbolçuların nizam-intizamına fikir verdik. Müdafiə futbolunu ona görə tətbiq etdik ki, komanda fiziki cəhətdən hələ tam hazır deyil”.
