Oğuz Çətin: Problemimiz qol vura bilməməkdi
"Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətin Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, cənub klubunun türkiyəli çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Çempionata pis başladıq, pis də davam edir. Bugünkü oyunun nəticəsi belə olmamalı idi. 3 xal itirmək çox pisdi. Qırmızı vərəqə və penaltidən sonra komandamız qol vurmalı idi. Futbolda nə qədər çalışsan belə, əsas iş qol vurmaqdı. Bizim hazırda ən böyük problemimiz qol vura bilməməkdi. “Neftçi” 10 adamla müdafiə olundu, biz isə qol vurmağa çalışdıq. İstənilən halda, məğlub olduq. Artıq bu oyun başa çatdı. Qarşıdakı oyunlara baxmalıyıq. Bizim məqsədimiz yaxşı oynamaq, qələbə qazanmaqdı".
