13 sentyabr 2014 16:00

AZAL rəhbərliyi komanda ilə görüş keçirdi

AZAL Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində qarşılaşacağı “Qarabağ”la oyuna hazırlığı başa vurub. Azerisport.az xəbər verir ki, ötən gün axşam məşqindən öncə klub rəhbərliyi komanda ilə görüşüb. Vitse-prezident Fikrət Hüseynov məşqçi, futbolçu və texniki heyəti qəbul edib.

Görüşdə Hüseynov rəhbərliyin daim komandanın yanında olduğunu bildirərək növbəti matçlarda da futbolçulara inandığını qeyd edib. Vitse-prezident vurğulayıb ki, kollektivdə gözəl ab-hava var və bunu meydana da sirayət etdirmək, qələbə qazanmaq zəruridi. Hüseynov qeyd edib ki, daim komandanın yanında olan rəhbərlik oyunçuların qayğısına qalır və yarana biləcək hər bir xırda çətinliyi də aradan götürməyə hazırdı.

Ardından söz alan baş məşqçi Tərlan Əhmədov yetirmələrinə inandığını bildirməklə bərabər, onlardan qələbə seriyası yaxalamağı da istəyib. Əhmədov Qəbələdəki nəticənin təsadüf olmadığını və bu nəticəni futbolçuların alın təri ilə qazandığını vurğulayıb. Baş məşqçi “Qarabağ” və “Sumqayıt”la növbəti görüşlərdə də maksimum nəticə gözlədiyini bildirib. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.