13 sentyabr 2014 15:05
Rasim Ramaldanov: Böyük oyun baxımlı olacaq
"Xəzər Lənkəran"ın müdafiəçisi Rasim Ramaldanov Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində keçiriləcək "Neftçi" ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu oyun da həmişəki kimi çətin keçəcək. Yaxşı hazırlaşmışıq. Prinsipial oyun olacağını düşünürəm. Fikrimcə, baxımlı oyun olacaq. Çalışacağıq ki, özümüzü nə yaxşı tərəfdən göstərək".
