13 sentyabr 2014 14:35
Aqil Məmmədov da Bakını tərk etdi
"Bakı" klubu kapitan Aqil Məmmədovla yollarını ayırıb. Azerisport.az xəbər verir ki, Məmmədov klub rəhbərliyinə yaxınlaşaraq komandadan getmək istədiyini deyib.
Buna görə də ötən gün məşqə çıxmayıb. Şəxsi əşyalarını toplayan Məmmədov ötən gün bazadakı otağını təhvil verib. "Bakı" klubu tərəfindən onunla olan müqavilə yenidən baxılacağı gözlənilir.
Qeyd edək ki, son klubdaxili iclasda "Sumqayıt"la oyunda iştirak etməyənlərin komandadan kənarlaşdırılacağı deyilib.
