13 sentyabr 2014 13:00
Azərbaycan Ukraynaya məğlub oldu
Bu gün Bakıda 19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 2-ci qrupunda mübarizəyə start verilib. Azerisport.az xəbər verir ki, qrupun açılış matçında Azərbaycan yığması Ukrayna ilə qarşılaşıb.
Qonaqlar minimal hesablı qələbəyə seviniblər.
Günün digər oyununda Danimarka və Kipr yığmaları üz-üzə gələcək.
13 sentyabr
Ukrayna - Azərbaycan - 1:0
Bayıl stadionu.
19:00. Danimarka - Kipr
Bayıl stadionu.
