13 sentyabr 2014 12:45
Bertuççi oynayacaq, Nfor yox
"Neftçi"nin hücumçusu Bruno Bertuççi Topaz Premyer Liqasının 5-ci turunda "Xəzər Lənkəran"la oyunda meydana çıxa biləcək. Azerisport.az xəbər verir ki, onunla yanaşı Julius Vobay da zədəsini sağaldıb və "Böyük oyun"da iştirakları mümkündü.
Komandanın yeni transferi Elnur Allahverdiyev isə böyük ehtimalla matçı ehtiyat oyunçular skamyasından izləyəcək. Heyətə yenicə qoşulan müdafiəçinin növbəti turlardan etibarən əsas heyətə düşməsi mümkündü.
Ernest Nfor da "Böyük oyun"da iştirak edə bilməyəcək. Buna səbəb onun zədədən əziyyət çəkməsidi.
