13 sentyabr 2014 12:15
Fərid Quliyev: Əvəzedici komandadan başlayacam
"Sumqayıt"ın yeni transferi Fərid Quliyev bu keçidlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çalışacam ki, yenidən əvvəlki formamı bərpa edim. Hələlik, əvəzedici heyətdə oynamaqla başlayıram. Bu gün "Sumqayıt"ın "Bakı"ya qarşı oyununda iştirak edəcəm. Fikrimcə, bu, formamı daha tez bərpa etməyimə kömək olar. Əsas komandanın heyətinə düşməyim isə özümdən və necə oynamağımdan asılıdı. Baş məşqçi mənə güvənir. Bu inamı doğrultmaq üçün isə çox çalışmalıyam".
