12 sentyabr 2014 12:10
Böyükağa Hacıyev: Neftçi favoritdi
"Neftçi" klubunun sabiq baş məşqçisi Böyükağa Hacıyev sabah keçiriləcək "Neftçi"-"Xəzər Lənkəran" görüşü barədə açıqlama verib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu komandalar arasında keçirilən hər bir oyun azarkeşlər üçün maraqlıdı. Fikrimcə, indiki məqamda "Neftçi" duelin favoritidi. Heyət, oyun baxımından ağ-qaralar üstün durumdadı. Əlbəttə, cənublular Oğuz Çətinin rəhbərliyi altında yaxşılığa doğru dəyişib. Amma fikrimcə, "Neftçi" qələbə qazanacaq. Arif Əsədova və "Neftçi"yə uğur arzulayıram".
