12 sentyabr 2014 00:12
İnter Araz Naxçıvana çətinliklə qalib gəldi
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 5-ci tura start verilib. Azerisport.az xəbər verir ki, günün tək oyununda "İnter" səfərdə "Araz Naxçıvan"dan üstün olub.
Turun qalan görüşləri bu gün və sabah keçiriləcək.
Əvəzedicilərin çempionatı
5-ci tur
11 sentyabr
Araz Naxçıvan - İnter - 3:4
Qollar: Kamil Nurəhmədov, 30; 71, Hidayət Bəylərov, 82-öz qapısına - İlkin Sadıqov, 4, Mirsahib Abbasov, 18; 41; 52.
