12 sentyabr 2014 00:06

Fasilə bitdi, çempionata davam

Bu gün Topaz Premyer Liqasında fasilə başa çatacaq. Azerisport.az xəbər verir ki, milli komandaların oyunlarından sonra baş tutacaq ilk tur 3 gün davam edəcək.

5-ci tur Naxçıvanda start götürəcək. 12 ildən sonra yeni adla üz-üzə gələn komandaların əvvəlki oyunlarında tərəflər eyni sayda qələbə qazanıb. Baş tutan görüşlərdə meydan sahibləri xal itkisi yaşamayıb. Heç vaxt sülh bağlamayan komandaların həmin dörd görüşündə hərəyə iki qələbə qeydə alınıb. Amma vurulan topların fərqində “Araz Naxçıvan”ın üstünlüyü var - 4:3. Naxçıvan təmsilçisi mövsümə "Neftçi" üzərində möhtəşəm qələbəylə start versə də, onun davamını gətirə bilmədi. Əsgər Abdullayevin komandası bu oyunda həmin qələbənin təsadüfi olmadığını, eyni zamanda son oyunlardakı uğursuz gedişata son qoymağa çalışacaq. “İnter” isə mövsümə yaxşı başlasa da, son turda səfərdə "Xəzər Lənkəran"a ilk qələbə sevinci yaşatdı. Bu üzdən "bankirlər" həmin məğlubiyyəti unutdurmağa və "Sumqayıt"ın xal itirməsinə ümid bəsləməklə liderliyi yenidən ələ keçirməyə çalışacaq.

Turun mərkəzi qarşılaşması “Neftçi” və “Xəzər Lənkəran” arasında olacaq. Şənbə gününün ilk oyununda məhz bu iki əzəli rəqib qarşılaşacaq. Çempionatda 30-cu dəfə üz-üzə gələn rəqiblərin “Böyük oyun”larında “Neftçi” həm qələbə, həm top sayında üstünlüyə malikdi. Paytaxt təmsilçisi geridə qalan oyunlarda 10 qələbə qazanıbsa, 12 görüşdə heç-heçə qeydə alınıb, qalan 7 görüşdə isə cənublular 3 xala sevinən tərəf olublar. Top fərqindəki üstünlük də az deyil - 31:23. Ötən mövsüm qələbə qazana bilməyən “Xəzər Lənkəran” səfərdəki 14 görüşdə cəmi 1 dəfə qalib gəlib. “Ağ-qaralar” həm də son 3 ev oyununda xal itirməyib. İlk qələbəsini son turda "İnter" üzərində qazanmış Oğuz Çətinin "Böyük oyun"lardakı uğursuz gedişata son qoymağı nə dərəcədə bacaracağı maraqla gözlənilir. Yeri gəlmişkən, bu, türkiyəli mütəxəssisin ilk derbisi olacaqsa, "Neftçi"yə növbəti qayıdışından sonra ilk matçına çıxacaq Arif Əsədov 8-ci dəfə "Böyük oyun"un iştirakçısı olacaq.

Daha bir maraqlı görüş Zaqatalada “Simurq”la “Qəbələ” arasında keçiriləcək. Turnir cədvəlində qonşu pillələrdə qərarlaşan komandalardan qələbə qazanan irəliləmək şansı qazanacaqsa, məğlub olan aşağı pillələrə enmək məcburiyyətində qalacaq. “Qəbələ” son 3 səfərdə qol vura bilməyib. “Simurq” isə ötən mövsüm rəqibini məğlub edə bilməyib. Ümumilikdə 23-cü dəfə baş tutacaq duelə qonaqlar cüzi üstünlüklə yollanacaq. "Qəbələ" əvvəlki oyunlarda 8, "Simurq" isə 7 qələbə qazanıb. Daha 7 görüşdə tərəflər qalibi müəyyənləşdirə bilməyiblər. Topların fərqində də qəbələlilər üstündülər - 21:18.

Şənbə gününə AZAL - “Qarabağ” matçı ilə yekun vurulacaq. “Qarabağ” 23-cü dəfə qarşılaşacağı AZAL-la matçlarda böyük üstünlüyə malikdi. Qurban Qurbanovun komandası bu rəqibi üzərində 11 qələbəyə sevinib. 5 qarşılaşmada "təyyarəçilər" sevinibsə, 6 oyunda da heç-heçə qeydə alınıb. Ağdam təmsilçisi son 5 səfər oyununu qolsuz tərk etməyib. Top fərqində də ağdamlılar öndədilər - 26:22. Ötən mövsümün çempionu bu mövsüm hələ qələbə qazana bilməyib. Bu üzdən Qurbanovun komandası səfərdən mütləq 3 xalla qayıtmağa çalışacaq. Qələbə "Qarabağ"a həm də Avropa Liqasının qrup mərhələsində Fransa "Sent-Etyen"ninə qarşı ilk oyun öncəsi çox lazımdı. Baxmayaraq ki, məhz həmin oyuna görə, ağdamlı futbolçuların özlərini qorumağa çalışması da istisna deyil. Bu isə ilk qələbəsini ötən tur səfərdə "Qəbələ" üzərində qazanmış AZAL-a sərf edir. Doğma meydan amili də Tərlan Əhmədovun komandasının işinə yaraya bilər.

Hesabat turuna bazar günü keçiriləcək “Bakı” – “Sumqayıt” oyunu ilə yekun vurulacaq. Maliyyə problemlərindən əziyyət çəkən, hətta buna etiraz olaraq bu oyun ərəfəsində bir neçə məşqə də çıxmayan "Bakı"nın futbolçularının liderlə görüşdə şansları yüksək qiymətləndirilmir. Əvəzində çempionatın sürpriz lideri hesab olunan "Sumqayıt" rəqibin bu durumundan maksimum yararlanıb, zirvədəki mövqeyini qoruya bilər. Yalnız son 3 mövsümdə üz-üzə gələn komandalar buna qədər 8 dəfə qarşılaşıb. “Sumqayıt” son 5 görüşdə qalib gələ bilməyib. Bunun nəticəsində də oyunların ümumi balansında “Bakı” üstünlüyə malikdi. "Zolaqlılar"ın 4 qələbəsi var. 3 görüşdə heç-heçə qeydə alındığı halda, "Sumqayıt" cəmi bir dəfə 3 xala sevinən tərəf olub. Top fərqi də "Bakı"nın xeyrinədi - 7:4.

Topaz Premyer Liqası
5-ci tur

12 sentyabr (cümə)

17:30. Araz Naxçıvan - İnter
Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Naxçıvan. MR stadionu.

13 sentyabr (şənbə)

17:30. Neftçi - Xəzər Lənkəran
Hakimlər:  Əliyar Ağayev, Mehman Mahmudov, Mübariz Haşımov, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim- inspektor: Əli Hüseynov.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.

19:00. Simurq - Qəbələ
Hakimlər: Ömər Paşayev, Munis Abdullayev, Coşqun Həsənov, Sərxan İsmayılov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim- inspektor: Əhmədağa Cabbarov.
Zaqatala şəhər stadionu.

21:00. AZAL - Qarabağ
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Azər Əsgərov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim- inspektor: Gülağa Cabarov.
Bakı. “AZAL Arena”.

14 sentyabr (bazar)

17:30. Bakı - Sumqayıt
Hakimlər: Vüsal Əliyev, Nahid Əliyev, Vüsal Qənbərov, Xəlil Hüseynli.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim- inspektor: Səfər  Haşımov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
 

1Sumqayıt430165+19
2İnter421192+77
3Simurq320152+36
4Neftçi320134–16
5Qəbələ420246–26
6AZAL311134–14
7Xəzər L411224–24
8Araz N.310232+13
9Qarabağ302125–32
10Bakı301225–31

Bombardirlər:
4
- Mikel Alvaro (İnter).
2 - David Janelidze (Araz N.), Məhəmməd Qurbanov (Sumqayıt), Rəşad Eyyubov (Simurq).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.