12 sentyabr 2014 11:56
Böyükağa Hacıyev: Almeyda və Çumbinyosuz Reynaldo millini dəyişdirə bilməz
"Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına açıqlamasında Reynaldonun millimizə dəvət olunmasına münasibət bildirdi. Onun fikrincə, bu, millidə ciddi dəyişikliyə səbəb olmayacaq:
"Reynaldo yaxşı futbolçudu. Amma unutmayaq ki, Reynaldonun bu səviyyəyə çatmasına Almeyda və Çumbinyonun köməyi olub. Onların oyunu olmadan Reynaldo parlaya bilməzdi. Futbolda 1 futbolçu çox şeyi dəyişmir. Bu, kollektiv oyundu. Meydanda 11 futbolçu mübarizə aparır. Digər tərəfdən milliylə klub fərqlidi. Reynaldo klubda neçə müdafiəçiyə qarşı oynayır? Millidə tam fərqli olacaq. Rəqib komandalarda daha təcrübəli müdafiəçilər yer alacaq".
