12 sentyabr 2014 11:12
AFFA Xəzər Lənkəran və Simurqa rədd cavabı verdi
AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda “Xəzər Lənkəran”ın futbolçusu Qalin İvanovun sarı vərəqəsinin ləğv edilməsi və “Simurq”un futbolçusu Çeran Draqanın cəzasının yüngülləşdirilməsi ilə bağlı müraciətlərinə baxılıb.
Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. “Xəzər Lənkəran”ın futbolçusu Qalin İvanovun sarı vərəqəsinin ləğv edilməsi barədə müraciəti təmin olunmasın.
2. “Simurq”un futbolçusu Çeran Draqan barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvəsində saxlanılsın.
