12 sentyabr 2014 20:15
Əsgər Abdullayev: Bu oyun məni çox məyus etdi
"Araz Naxçıvan"ın baş məşqçisi Əsgər Abdullayev Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, naxçıvanlıların çalışdırıcısı 1:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Yetirmələrimdən belə oyun gözləmirdim. Biz bu oyuna heç də tam hazır deyildik. Bu oyun məni çox məyus etdi".
