12 sentyabr 2014 18:25
Bakı Sumqayıtla oyuna hazırdı
"Bakı” Azərbaycan Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində evdə “Sumqayıt” ilə qarşılaşacaq. Azerisport.az klub saytına istinadən xəbər verir ki, bu gün komanda oyunöncəsi məşqini keçirib.
Saat 17:00-da başlayan hazırlığa yüngül qaçışla start verilib. Ardından futbolçular isinmə hərəkətlərini icra edib. Vacib qarşılaşma öncəsi kollektivdə əhval-ruhiyyəni yüksəldən baş məşqçi İbrahim Uzunca oyunçularına əsasən topla oynamaq tapşırığı da verib.
