12 sentyabr 2014 17:25
Qara Qarayev: Belə oyunla nəhənglərə qarşı işimiz çətin olacaq
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Qara Qarayev AÇ-2016-nın seçmə mərhələsində Bolqarıstana qarşı keçirdikləri oyunla İtaliya və Xorvatiya ilə matçlarda nəsə etmələrinin çətin olacağını etiraf edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Razıyam, bu oyunla nəhənglərə qarşı oyunda çətin olacaq. İtaliya və Xorvatiyaya qarşı belə oynamaq olmaz. Biz onlara qarşı daha diqqətlə hazırlaşmalıyıq. Millimiz hər zaman azarkeşləri sevindirməyə çalışır. Sadəcə, start uğursuz oldu".
