12 sentyabr 2014 16:20
Tərlan Əhmədov: Hədəfimiz Qarabağa qalib gəlməkdi
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Normal hazırlaşmışıq. Uzun fasilədən istifadə edib hətta yoxlama oyunu da keçirdik. Komanda hazırdı. Ruslan Məcidov da zədədən sonra heyətə qayıdıb. Təəssüf ki, Eduardo Makielin xidmətindən yararlana bilməyəcəyik. Son oyunda aldığı qırmızı vərəqə səbəbindən cəzalı duruma düşüb. Qarşımıza "Qarabağ"a qalib gəlmək hədəfini qoymuşuq. Rəqib nə qədər güclü olsa da, bu, futboldu və istənilən nəticə qeydə alına bilər. "Qəbələ" üzərində qələbə də göstərdi ki, AZAL artırıb".
