12 sentyabr 2014 16:00
Fərid Quliyev Sumqayıt ilə 1 illik müqavilə imzaladı
Topaz Premyer Liqasının növbəti turunda "Bakı" ilə qarşılaşacaq "Sumqayıt" Futbol Klubu növbəti futbolçunu heyətinə qatıb. Azerisport.az xəbər verir ki, sözügedən klub Azərbaycan millisinin sabiq hücumçusu Fərid Quliyevlə 1 illik müqavilə imzalayıb.
28 yaşlı futbolçu "Sumqayıt"da 86 nömrəli formanı geyinəcək. (klub saytı)
