12 sentyabr 2014 14:35
Sumqayıt Bakıya qarşı oyuna tam heyətlə hazırlaşa bilmir
Topaz Premyer Liqasının növbəti turunda "Bakı"nın qonağı olacaq "Sumqayıt" hazırlğını davam etdirir. Azerisport.az xəbər verir ki, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda gün ərzində iki dəfə olmaqla Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda məşq keçir.
Artıq U-21-in heyətində olan 6 futbolçumuz da artıq kollektivə qoşulub. Əvəzində müdafiəçi Şəhriyar Xəlilov komandanın son məşqində zədə alıb.
Qeyd edək ki, "Bakı" - "Sumqayıt" oyunu sentyabrın 14-də saat 17:30-da "Bakı"nın təlim-məşq bazasında baş tutacaq. Oyunun baş hakimi Vüsal Əliyev olacaq. (klub saytı)
